Xaricdən çayın kiloqramını neçəyə alırıq?
Cari ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 2 min 366 ton çay alıb.
Valyuta.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 11 milyon 710 min ABŞ dolları dəyərində olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 983 ton (29,3%), dəyər ifadəsi ilə 6 milyon 16 min ABŞ dolları (33,9%) azdır. Ötən ilin birinci rübündə çay idxalının miqdarı 3 min 349 ton, dəyəri isə 17 milyon 726 min ABŞ dolları olub.
Belə ki, hesabat dövründə Azərbaycanın xaricdən aldığı çayın bir kiloqramı üçün orta qiyməti 4,94 ABŞ dolları (8,39 manat) olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,35 sent və ya 60 qəpik daha ucuzdur. Belə ki, keçən ilin müvafiq dövründə xaricdən alınan çayın kiloqramının orta qiyməti 5,29 ABŞ dolları (8,99) manat olub.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın xaricdən çay idxalı ümumi idxalın 0,32 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay