Xaricə satdığımız kartofun tonu 145 dollar ucuzlaşıb – Qiymət
Cari ilin birinci rübündə Azərbaycan xarici ölkələrə 1 milyon 467 ton miqdarında kartof satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 458 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 303 ton (26%) çox, dəyər ifadəsi ilə 74 min ABŞ dolları (13,9%) azdır. Keçən ilin birinci rübündə kartof ixracının miqdarı 1 milyon 467 min ABŞ dolları, dəyəri isə 458 min ABŞ dolları dəyərində olub.
Bu ilin yanvar-mart xaricə satılan kartofun bir tonu üçün orta qiyməti 312,5 ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 144,9 ABŞ dolları azdır. 2023-cü ilin birinci rübündə xaricə satılan kartofun bir tonu üçün orta qiyməti 457,4 ABŞ dolları olub.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında ixrac olunan kartof ümumi ixracın 0,01 faizini, qeyri-neft sektoru üzrə ixracın isə 0,07 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay