Statistika
23.04.2024 / 11:34
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
46706
Bu ilin birinci rübündə Azərbaycan xarici ölkələrə 24,9 min ton miqdarında alma satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 16,5 milyon ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 2,6 min ton (11,7%), dəyər ifadəsi ilə 2,2 milyon ABŞ dolları (15,4%) çoxdur.
Bu ilin ilk üç ayı ərzində xaricə satılan almanın bir tonu üçün orta qiymət 664,5 ABŞ dolları olub ki, bu da illik müqayisədə 24,5 ABŞ dolları bahadır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanın ixrac etdiyi alma ümumi ixracın 0,28 faizini, qeyri-neft sektoru üzrə ixracın 2,45 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay