Üç ayda xaricdən 20 milyon dollarlıq düyü almışıq – Qiyməti nə qədər bahalaşıb?
Cari ilin birinci rübündə Azərbaycan xarici ölkələrdən 18 min 962 ton miqdarında düyü alıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 20 milyon 45 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 2 min 994 ton (13,6%) az, dəyər ifadəsi ilə isə 751 min ABŞ dolları (3,9%) çoxdur. 2023-cü ilin ilk üç ayında düyü idxalının miqdarı 21 min 956 ton, dəyəri isə 19 milyon 294 min ABŞ dolları olub.
Bu dövrdə xaricdən alınan düyünün bir tonu üçün orta qiyməti 1 min 57 ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 179 ABŞ dolları bahadır. Ötən ilin birinci rübündə xaricdən alınan düyünün bir tonu üçün orta qiyməti 878 ABŞ dolları olub.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanın idxal etdiyi düyü ümumi idxalın 0,54 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay