Azərbaycanın qonşu dövlətlərlə ticarət dövriyyəsi nə qədər olub?
Bu ilin birinci rübündə Azərbaycanın qonşu dövlətlərlə apardığı ticarət əməliyyatlarının həcmi açıqlanıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə Azərbaycanın quru sərhədi ilə qonşuluğu olan ölkələrdən ən çox ticarət etdiyi ölkə Türkiyə olub.
Belə ki, cari ilin birinci rübündə Azərbaycan ilə Türkiyə arasındaki ticarət dövriyyəsi 1 milyard 469,2 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 152,2 milyon (9,4%) azdır.
Rusiya
Bu ilin yanvar-mart aylarında Azərbaycan ilə Rusiya arasında 890,7 milyon ABŞ dolları dəyərində ticarət dövriyyəsi olub ki, bu da, 2023-cü ilin birinci rübü ilə müqayisədə 166,5 milyon ABŞ dolları (15,7%) azdır.
Gürcüstan
2024-cü ilin ilk üç ayında Azərbaycan və Gürcüstan arasında olan ticarət dövriyyəsinin dəyəri 178,9 milyon ABŞ dolları olub. Bu, illik müqayisədə 94,2 milyon ABŞ dolları (34,4%) azdır.
İran İslam Respublikası
Hesabat dövründə Azərbaycan ilə İran İslam Respublikası arasında 134,8 milyon ABŞ dolları dəyərində ticarət dövriyyəsi olub ki, bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 160 min ABŞ dolları (0,11%) çoxdur.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay