3 ayda xarici ölkələrə 50 milyon dollara yaxın alüminium satmışıq – İxracda azalma
Cari ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 48 milyon 89 min ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan məmulatlar satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 291 min ABŞ dolları, yaxud da 11,5 faiz azdır. 2023-cü ilin birinci rübündə Azərbaycanın xarici ölkələrə satdığı alüminium və ondan hazırlanan məmulatların dəyəri 54 milyon 380 min ABŞ dolları dəyərində olub.
Bu ilin eyni dövründə xaricdən alınan alüminium və ondan hazırlanan məmulatların dəyəri 32 milyon 460 min ABŞ dolları olub ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 204 min ABŞ dolları və ya 0,6 faiz çoxdur. Ötən ilin birincü rübündə bu rəqəm 32 milyon 256 min ABŞ dolları olub.
Qeyd edək ki, 2024-cü ilin birinci rübündə Azərbaycanın alüminium və ondan hazırlanan məmulatlar ixracı ümumi ixracın 0,80 faizini, idxalı isə ümumi idxalın 0,87 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay