Əhalinin gəlirləri, yoxsa xərcləri daha çox artıb? - Rəsmi statistika
Bu ilin mart ayında ölkə əhalisinin hər bir nəfərinin nominal gəlirləri orta hesabla 869 manat 60 qəpik olub.
Valyuta.az xəbər verir ki, mart ayında vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin hər bir nəfərinin sərəncamında qalan gəlir 730 manat 50 qəpik olub.
Qeyd edək ki, ötən ilin mart ayında əhalinin hər bir nəfərinin sərəncamında qalan gəlir 698 manat 60 qəpik olub və son bir ildə bu göstərici 31 manat 90 qəpik və ya 4,6% artıb.
Onu da bildirək ki, son bir ildə əhalinin gəlirləri artsa da, pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin gəlirlərdəki payı dəyişməyib.
Belə ki, ötən ilin mart ayında əhalinin hər bir nəfəri pərakəndə ticarət şəbəkələrində gəlirlərinin 60,1%-ni (420 manat), bu ilin mart ayında isə 60,3%-ni (440,9 manat) xərcləyib.
Bu həm də o deməkdir ki, əhalinin gəlirləri ilə onların xərcləri təxminən eyni səviyyədə artıb.
© Yeniavaz.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay