Azərbaycan xam nefti ən çox hansı ölkəyə satır?
Cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 4 milyon 595,5 ton miqdarında, 2 milyard 826,06 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları satıb. Bəs ən çox xam neftin satıldığı ölkə hansıdır?
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ən çox xam neftin satıldığı ölkə İtaliya olub. Belə ki, bu ilin ilk iki ayında İtaliya Azərbaycandan 1 milyon 628,5 min ton miqdarında, 1 milyard 32,9 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 183,7 min ton (10,1%), dəyər ifadəsi ilə 124 milyon 570 min ABŞ dolları (10,7%) azdır.
Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın İtaliyaya satdığı bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının miqdarı 1 milyon 812,3 min ton, dəyəri isə 1 milyard 157,5 milyon ABŞ dolları olub.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay