Statistika
14.04.2024 / 14:41
Meyvə şirələrinin istehsalı 13 faizədək artıb
45921
Bu ilin yanvar-fevral aylarında ölkədə 735,9 min dekalitr (dkl) meyvə şirələri istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 12,8 faiz və ya 83,3 min dkl çoxdur.
Valyuta.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, təkcə fevral ayında 494 min dkl meyvə şirələri istehsal olunub ki, bu da yanvar ayının müvafiq göstəricisini 2 dəfə və ya 252,1 min dkl üstələyir. Mart ayının 1-nə hazır məhsul ehtiyatı 831,6 min dkl təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay