Statistika
08.04.2024 / 12:12
2 ayda Azərbaycana 3,3 milyon dollarlıq saat gətirilib
45892
Cari ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 3 milyon 310 min ABŞ dolları dəyərində bütün növ saatlar və onların hissələrini alıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 521 min ABŞ dolları və ya 18,6% çoxdur. Eyni dövrdə Azərbaycan xarici ölkələrə 22 min ABŞ dolları dəyərində bütün növ saatlar və onların hissələrini satıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 57 min ABŞ dolları, yaxud da 72% azdır.
Qeyd edək ki, bu ilin ilk iki ayında ölkəyə gətirilən bütün növ saatlar və onların hissələri ümumi idxalın 0.14 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay