Xaricdən aldığımız buğdanın tonunda 76 dollar ucuzlaşma – Hazırkı qiymətlər
Cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrdən 134 min 870 ton miqdarında buğda alıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 30 milyon 888 min ABŞ dolları olub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu rəqəm miqdar ifadəsi ilə 133 min 244 ton (49.7%), dəyər ifadəsi ilə 51 milyon 99 min ABŞ dolları (62.3%) azdır. Ötən ilin müvafiq dövründə bu rəqəm 268 min 114 ton miqdarında, 81 milyon 987 min ABŞ dolları dəyərində olub.
Bu ilin yanvar-fevral aylarında ölkəyə gətirilən buğdanın bir tonu üçün orta qiyməti 229 ABŞ dolları olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 76 ABŞ dolları, yaxud da 24,9% ucuzdur. 2023-cü ilin ilk iki ayında xaricdən aldığımız buğdanın bir tonu üçün orta qiyməti 305 ABŞ dolları olub.
Qeyd edək ki, cari ilin ilk iki ayında xaricdən alınan buğda ümumi idxalın 1,26 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay