Statistika
05.04.2024 / 10:35
Bu məhsulun xaricə satışından əldə olunan gəlir 5 milyon dollardan çox azalıb
45689
Cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 11 min 151 ton miqdarında alüminium və ondan hazırlanan məmulatlar satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 29 milyon 753 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1 min 899 ton (14,5%), dəyər ifadəsi ilə 5 milyon 396 min ABŞ dolları (15,3%) azdır. 2023-cü ilin ilk iki ayında bu, 13 min 50 ton miqdarında, 35 milyon 149 min ABŞ dollar dəyərində olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında xaricə satılan alüminium və ondan hazırlanan məmulatlar ümumi ixracın 0.62 faizini, qeyri-neft sektoru üzrə ixracın 6.54 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay