04.04.2024 / 12:39
Xaricdən aldığımız mebel və onun hissələrində 3 milyon dollara yaxın artım olub
45619
Cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrdən 19 milyon 266 min ABŞ dolları dəyərində mebel və onların hissələrini alıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, mebel və onun hissələrinə çəkilən xərc ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 607 min ABŞ dolları, yaxud da 15,6 faiz çoxdur. 2023-cü ilin eyni dövründə bu rəqəm 16 milyon 659 min ABŞ dolları dəyərində olub.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında ölkəyə gətirilən mebel və onun hissələri ümumi idxalın 0.79 faizini təşkil edib ki, bu da illki müqayisədə 0.16 faiz çoxdur.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay