Azərbaycanın ilk iki ayda ümumi ixracı açıqlandı
Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ümumi ixracı 4,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 455 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-fevral ayları ərzində yeyinti məhsulları üzrə ixrac 137,1 milyon ABŞ dollarına bərabər olub.
Valyuta.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın mart sayına əsasən xəbər verir ki, 2024-cü ilin ilk 2 ayı ərzində qara metalların ixracı 46,4%, bitki və heyvan mənşəli piylər və yağların ixracı 29,7%, pambıq ixracı 29,3%, meyvə-tərəvəz ixracı isə 24,6% artıb.
2024-cü ilin yanvar-fevral ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9% artaraq 145,9 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 36,6 milyon ABŞ dolları təşkil edib.
© Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay