İki ayda xarici ölkələrə nə qədər mis satmışıq?
Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan xarici ölkələrdən 4 milyon 839 min ABŞ dolları dəyərində mis və ondan hazırlanan məmulatlar alıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 762 min ABŞ dolları və ya 18,6% çoxdur. 2023-cü ilin ilk iki ayında bu, 4 milyon 77 min ABŞ dolları dəyərində olub.
Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricə 5 milyon 309 min ABŞ dolları dəyərində mis və ondan hazırlanan məmulatlar satıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 737 min ABŞ dolları, yaxud da 16,1% çoxdur. Ötən ilin ilk iki ayında bu, 4 milyon 572 min ABŞ dolları dəyərində olub.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında ixrac olunan mis və ondan hazırlanan məmulatlar ümumi ixracın 0,11 faizini, idxal isə ümumi idxalın 0,21 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay