BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
45262

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 909 milyon 791 min ABŞ dolları təşkil edib.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,5 % azdır.

İki ayda Azərbaycanla MDB ölkələri arasında 223 milyon 483 min ABŞ dolları dəyərində (illik müqayisədə 15,6 % az) ixrac, 686 milyon 308 min ABŞ dolları dəyərində (18% az ) idxal əməliyyatları həyata keçirilib.

Hesabat dövründə MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 4,7 %, ümumi idxalında payı isə 28,05 % təşkil edib.

Bu dövrdə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstanla formalaşıb.

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 591 milyon 253 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 155 milyon 131 min ABŞ dolları, idxalın dəyəri isə 436 milyon 122 min ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 22,3 % , ixrac 20,8 %, idxal isə 22,9 % azalıb.

Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin dəyəri 74 milyon 411 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 5 milyon 423 min ABŞ dolları, idxalın dəyəri isə 68 milyon 988 min ABŞ dolları təşkil edib. İl ərzində ticarət dövriyyəsi 15,2 %, ixrac 9,2 %, idxal isə 58,9 % artıb.

Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 72 milyon 16 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 20 milyon 778 min ABŞ dolları, idxalın dəyəri isə 51 milyon 238 min ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 20,8 %, ixrac 5,8 %, idxal isə 28,3 % artıb.

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin dəyəri 53 milyon 943 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 7 milyon 272 min ABŞ dolları, idxalın dəyəri isə 46 milyon 671 min ABŞ dollar olub. İl ərzində ticarət dövriyyəsi 45,9 %, ixrac 63,8 %, idxal isə 41,4 % azalıb.

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin dəyəri 23 milyon 122 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 3 milyon 878 min ABŞ dolları, idxalın dəyəri isə 19 milyon 244 min ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 0,4 % artıb, ixrac 28,8 % azalıb, idxal isə 9,4 % artıb.

Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin dəyəri 19 milyon 678 min ABŞ dolları, o cümlədən ixracın dəyəri 18 milyon 159 min ABŞ dolları, idxalın dəyəri isə 1 milyon 519 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsi 6 dəfə, ixrac 8,5 dəfə, idxal isə 32,8 % artıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

​“Banklarda əmanətlərin məbləği tarixi rekord göstəricidir”

Hesablama Palatası: Büdcənin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır

Nazir: 2026-2028-ci illərdə neftin bir barelinin qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır

Azərbaycanın bank sektorunun iqlim dəyişikliyinə dair öhdəliyinin prioriteti açıqlanıb

Sabah yağış yağacaq, şimşək çaxacaq

Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Ali Məhkəmə evinin sökülməsinə görə vətəndaşa mənəvi təzminat ödənilməsinə qərar verdi

Aynur Qurbanlı nazirlikdə departament direktoru təyin edildi

"2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır" - Spiker

Kirayə mənzil verənlərin nəzərinə: vergi ilə bağlı YENİLİK

Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

Leysan olacaq, qar yağacaq - Xəbərdarlıq

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin