Dünyanın ən təhlükəsiz ölkələrinin adları açıqlanıb - Azərbaycan neçənci yerdədir?
Baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında “Dünyanın ən təhlükəsiz ölkələri hansılardır?” sərlövhəli məqalə dərc edilib.
Valyuta.az xəbər verir ki, tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın müəllifi olduğu məqalədə Qlobal Terrorizm İndeksinə (QTİ) görə Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi 141 ölkə arasında 18-ci yerdə qərarlaşdığı göstərilib. Siyahıda birinci yeri Sinqapur, ikinci yeri isə Norveç, İslandiya və Finlandiya tutub. İlk onluğa isə Honq Konq, İsveçrə, Kanada, İndoneziya, Danimarka, Sloveniya, Lüksemburq, Avstriya, Çin və Hollandiya daxil edilib.
Qlobal Terrorizm İndeksi (GTI) dünya əhalisinin 99,7 faizini əhatə edən terrorizmin təsirini təhlil edən hərtərəfli araşdırmadır. Burada terror hadisələrinin sayı, terrordan qaynaqlanan ölüm halları, terrorla mübarizə, terrorla bağlı aparılan araşdırmaların effektivliyi və bir çox digər göstəricilər nəzərə alınır. GTI hesabatı İqtisadiyyat və Sülh İnstitutu (IEP) tərəfindən Dragonfly's TerrorismTracker verilənlər bazasından və digər mənbələrdən istifadə etməklə hazırlanır.
Azərbaycan da cinayətkarlıq səviyyəsinə görə dünyanın ən təhlükəsiz 20 ölkəsi siyahısına daxil edilib. Reytinq ölkə və şəhərlər üzrə dünyanın ən böyük statistik məlumat bazasına malik olan “Numbea” resursu tərəfindən hazırlanıb. Sorğu zamanı sakinlərdən gecə saatlarında şəhərdə tək gəzə bilib-bilmədikləri, polisin işindən razı olub-olmamaları, son 12 ayda hücuma və ya soyğuna məruz qalıb-qalmadıqları soruşulub.
Müəllif Azərbaycanı sinaqoqların qapılarının gün ərzində açıq qaldığı nadir ölkələrdən biri kimi xarakterizə edərək Ermənistanla münaqişəli vəziyyətə rəğmən Bakının mərkəzində erməni kilsəsinin mühafizə olunduğuna diqqət çəkib və Prezident İlham Əliyevin “Bu gün Azərbaycan təhlükəsizlik adasıdır” ifadəsinin gerçəklik olduğunu vurğulayıb.
Terrorçuluq fəaliyyəti və təhdidlərinin yüksək səviyyədə olması səbəbi ilə ən təhlükəli ölkələrin də adları açıqlanıb. Burkina Fasonun liderlik etdiyi siyahıda növbəti yerləri İsrail, Mali, Pakistan, Suriya və Əfqanıstan bölüşür.
Həmçinin İran 26-cı, Türkiyə 29-cu, ABŞ 30-cu, Rusiya 35-ci, Fransa 38-ci, Norveç 53-cü, Ermənistan 76-cı, Birləşmiş Ərəb Əmirlikləri 79-cu, Litva isə 87-ci yerdə qərarlaşıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay