Xaricdən alınan bu yağların 1 tonu üçün qiyməti 660 dollar ucuzlaşıb
Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan xarici ölkələrdən 2 min 968 ton miqdarında kәrә yağı vә süddәn hazırlanmış digәr yağlar alıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 15 milyon 556 min ABŞ dolları olub ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1 206 ton (68,4%), dəyər ifadəsi ilə 5 milyon 158 min ABŞ dolları (49,6%) çoxdur. 2023-cü ilin eyni dövründə bu rəqəm miqdar ifadəsi ilə 1 762 ton, dəyər ifadəsi ilə 10 milyon 398 min ABŞ dolları idi.
2024-cü ilin yanvar-fevral aylarında idxal olunan kәrә yağı vә süddәn hazırlanmış digәr yağların orta qiyməti bir ton üçün 5 min 241 ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 660 ABŞ dolları və ya 11,2% ucuzdur. 2023-cü ilin ilk iki ayında bu rəqəm 5 min 901 ABŞ dolları olub.
Qeyd edək ki, bu ilin ilk iki ayında idxal olunan kәrә yağı vә süddәn hazırlanmış digәr yağlar ümumi idxalın 0.64 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay