Bu məhsulun ixracı azalıb, idxalı isə 40 faizə yaxın artıb
Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan xarici ölkələrdən 26 milyon 546 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar alıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 426 min ABŞ dolları və ya 38.8% çoxdur. 2023-cü ilin ilk iki ayında kakao və ondan hazırlanan məhsulların alınmasına 19 milyon 120 min ABŞ dolları xərclənib.
Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə satılan kakao və ondan hazırlanan məhsulların dəyəri isə 1 milyon 587 min ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 96 min ABŞ dolları, yaxud da 5.7% azdır.
Qeyd edək ki, cari ilin ilk iki ayında ölkəyə gətirilən kakao və ondan hazırlanan məhsullar ümumi idxalın 1.09 faizini, xaricə satılan kakao və ondan hazırlanan məhsullar isə ümumi ixracın 0.03 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay