İki ayda ölkə xaricinə 38 milyon dollarlıq pambıq satmışıq - Xaricdən alış isə 87 faiz artıb
Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan xarici ölkələrə 38 milyon 282 min ABŞ dolları dəyərində pambıq satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 676 min ABŞ dolları, yaxud da 29.3% çoxdur. 2023-cü ilin ilk iki ayında pambıq ixracından əldə olunan gəlir 29 milyon 606 min ABŞ dolları olub.
Bu ilin ilk iki ayında xaricdən alınan pambığın dəyəri isə 1 milyon 560 min ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 728 min ABŞ dolları və ya 87.5% çoxdur. 2023-cü ilin yanvar fevral aylarında pambıq idxalına xərclənən vəsait 832 min ABŞ dolları dəyərində olub.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında xaricə satılan pambıq ümumi ixracın 0.80 faizini, idxal isə ümumi idxalın 0.06 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay