Statistika
26.03.2024 / 11:15
Xaricdən geyim alışında 5 milyon dollarlıq artım
44981
Cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrdən 49 milyon 829 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar alıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 695 min ABŞ dolları, yaxud da 12.9% çoxdur. 2023-cü ilin yanvar-fevral aylarında bu, 44 milyon 134 min ABŞ dolları olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana gətirilən geyim əşyaları və geyim üçün ləvazimatlar ümumi idxalın 2.04 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay