Azərbaycan Novorossiyskdən 1,2 min tondan çox ərzaqlıq qarğıdalı idxal edib
Bu ilin mart ayında Azərbaycan Novorossiyskdən 16 vaqonda 1,2 min tondan çox ərzaqlıq qarğıdalı idxal edib.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat xəbər verir.
Məlumata görə, “Taxılın Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzi” Federal Dövlət Büdcə İdarəsinin yerli filialının Karantin-Fitosanitar Dezinfeksiyası və Baytarlıq-Sanitariya Müalicəsi şöbəsinin mütəxəssisləri tərəfindən ilk dəfə Azərbaycana idxal olunan məhsullar emal edilib.
Belə ki, qarğıdalının emalı üçün alüminium fosfidə əsaslanan preparatdan istifadə edilib, hava nəminin təsiri altında ondan ayrılan fosfin qazı zərərvericiləri inkişafının bütün mərhələlərində məhv edir.
Qaz məhsullar tərəfindən zəif sorulur və tövsiyə olunan standartlara və dezinfeksiya rejimlərinə əməl olunarsa, emal olunan məhsulların keyfiyyətini aşağı salmır.
Xatırladaq ki, Novorossiysk filialının Karantin-Fitosanitar Dezinfeksiyası və Baytarlıq-Sanitariya Müalicəsi şöbəsi 2023-cü ilin avqustunda fəaliyyətə başlayıb.
Şöbənin fəaliyyəti dövründə ixraca göndərilmiş 7 milyon tondan çox tənzimlənən məhsul alüminium fosfid əsaslı preparatlarla emal edilib (bunun 5 milyon tonu - 2024-cü ildə).
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay