Statistika
24.03.2024 / 17:16
Bu məhsulun xaricə satışı 40 faizdən çox azalıb
44924
Cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 14 min 490 ton ilkin formalarda polietilen ixrac edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 14 milyon 929 min ABŞ təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 10 min 2 ton (40.8%), dəyər ifadəsi ilə 10 milyon 497 min ABŞ dolları (41.2%) azdır.
2023-cü ilin yanvar-fevral aylarında bu rəqəm 24 min 492 ton miqdarında, 25 milyon 426 min ABŞ dolları dəyərində olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ixrac edilən ilkin formalarda olan polietilen ümumi ixracın 0.31 faizini, qeyri-neft sektoru üzrə ixracın 3.28 faizini təşkil edib.
Əvəz
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay