2100-cü ilə qədər yalnız altı ölkədə doğum səviyyəsi yüksək olacaq
Mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər ölkələrin təxminən 3/4-də doğuş nisbətləri mövcud səviyyədən aşağı olacaq.
Valyuta.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın “The Lancet” elmi jurnalında dərc olunan Vaşinqton Universitetinin Sağlamlıq Ölçmələri və Qiymətləndirmə İnstitutunun araşdırmasında deyilir.
Qeyd olunub ki, yalnız 49 ölkə və ərazidə (24%) həmin dövrə qədər doğum səviyyəsi yüksək olacaq. Lakin 2100-cü ilə qədər yalnız altı belə dövlət (2,9%) qalacaq.
Alimlərin fikrincə, əgər 1950-ci ildə bir qadına düşən uşaqların orta sayını əks etdirən dünya məhsuldarlığı əmsalı 4,84 idisə, 2021-ci ilə qədər bu göstərici 2,23-ə düşüb.
Tədqiqatın müəllifləri proqnozlaşdırırlar ki, 2050-ci ilə qədər bu göstərici 1,83, daha 50 ildən sonra isə 1,59 olacaq. Eyni zamanda dünya əhalisinin sayının azalmasının qarşısını almaq üçün əmsal 2,1-dən aşağı düşməməlidir.
Alimlər qeyd edib ki, 2021-ci ildə dünyada doğuş nisbəti baxımından liderlər müvafiq olaraq 6,99, 6,97 və 6,54 təşkil edən Çad, Niger və Somali olub. Reytinqdə sonuncu pillədə Koreya Respublikası (0,82), Puerto-Riko (0,9), Andorra (0,98) və Tayvan (0,98) qərarlaşıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay