Statistika
22.03.2024 / 11:00
Azərbaycan düyü idxalını 10 % azaldıb
44805
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 14 min 421 ton düyü idxal edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə düyünün dəyəri 15 milyon 303 min ABŞ dolları olub.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 627 ton (10,1 %) azdır, dəyər baxımından isə 1 milyon 346 min ABŞ dolları (9,6 %) çoxdur.
Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6 %-ni təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay