Statistika
19.03.2024 / 10:29
Xarici ölkələrə iki ayda 100 milyon dollarlıq meyvə-tərəvəz satmışıq
44680
Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan xarici ölkələrə 87 min 71 ton meyvə-tərəvəz ixrac edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 99 milyon 781 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 19 min 53 ton (28%), dəyər ifadəsi ilə 19 milyon 630 min ABŞ dolları (24.5%) çoxdur.
2023-cü ilin yanvar-fevral ayları ərzində meyvə-tərəvəz ixracı 68 min 18 ton miqdarında, 79 milyon 851 min ABŞ dolları dəyərində olub.
Qeyd edək ki, yanvar-fevral ayları ərzində ixrac olunan meyvə-tərəvəz ümumi ixracın 2.08 faizini, qeyri-neft sektoru üzrə ixracın 21.86 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay