Azərbaycan “Trendyol” vasitəsilə ən çox alış-veriş edən ölkə olub
Bu ilin fevral ayında Azərbaycan Türkiyənin e-ticarət lideri “Trendyol” şirkəti vasitəsilə ən çox türk malları alan ölkə olub.
Valyuta.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, “Trendyol” şirkəti vasitəsilə türk malları alan 2-ci ölkə Səudiyyə Ərəbistan olub.
Hesabat dövründə elektron ticarət platforması vasitəsilə xarici bazarlara ən çox köynək, paltar, idman ayaqqabıları və pijama dəstləri göndərilib.
Fevralda “Trendyol” ilə Türkiyə ərazisi daxilində ən böyük ixrac İstanbul, Bursa, İzmir, Ankara və Adanaya həyata keçirilib.
Qeyd edək ki, 2023-cü ilin may ayından etibarən “Trendyol” mikro ixrac həlləri vasitəsi ilə 85 min satıcını ixracatçıya çevirib və 149 min məhsulun xaricə çatdırılmasına kömək edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay