Yanvarda xaricə 15 milyon dollardan çox alüminium satmışıq - Hər tona görə 155 dollar bahalaşma
Cari ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 5 min 668 ton miqdarında alüminium və ondan hazırlanan məmulatlar ixrac edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 15 milyon 383 min ABŞ dolları olub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 547 ton (10.6%), dəyər ifadəsi ilə 2 milyon 274 min ABŞ dolları (17.3%) çoxdur. 2023-cü ilin yanvar ayında bu rəqəm 5 min 121 ton miqdarında, 13 milyon 109 min ABŞ dolları dəyərində olub.
Yanvar ayında xaricə satılan alüminium və ondan hazırlanan məmulatların bir tonu üçün qiymət 2 min 714 ABŞ dolları olub ki, bu da ötən ilin ilk ayı ilə müqayisədə 155 ABŞ dolları, yaxud da 6 faiz bahadır. 2023-cü ilin yanvarında bu rəqəm 2 min 559 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, yanvar ayında ixrac olunan alüminium və ondan hazırlanan məmulatlar ümumi ixracın 0.83 faizini, qeyri-neft sektoru üzrə ixracın 6.93 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay