Qeyri-neft-qaz sektoru üzrə ÜDM 10,1 faiz artıb
2024-cü ilin yanvar-fevral aylarında ölkədə 18 576,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 10,1 faiz artıb.
ÜDM istehsalının 39,9 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi tikinti, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 19,8 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 11,3 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 1 824,1 manata bərabər olub
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay