Xaricə satdığımız xurmanın qiyməti bahalaşıb
Cari ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 21 min 65 ton miqdarında xurma ixrac olunub.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 17 milyon 57 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 6 min 951 ton(49.2%), dəyər ifadəsi ilə 6 milyon 244 min ABŞ dolları (57.7%) çoxdur. 2023-cü ilin yanvar ayında Azərbaycan 14 min 114 ton miqdarında, 10 milyon 813 min ABŞ dolları dəyərində xurma ixrac edib.
Yanvar ayı ərzində xaricə satılan xurmanın bir tonu üçün qiyməti 809 ABŞ dolları olub ki, bu da ötən ilin ilk ayı ilə müqayisədə 43 ABŞ dollar, yaxud da 5.6% bahadır. 2023-cü ilin yanvar ayında bu rəqəm 766 ABŞ dolları olub.
Qeyd edək ki, yanvar ayı ərzində ixrac olunan xurma ümumi ixracın 0.93 faizini, qeyri-neft sektoru üzrə ixracın 7.68 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay