Azərbaycanda istehsal olunan avtomobillərin 11 faizi ixrac edilib
Ötən il Azərbaycanda istehsal olunan avtomobillərin 11 faizi xarici ölkələrə ixrac edilib.
Valyuta.az xəbər verir ki, bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının icraçı direktoru Gulay Həsənova deyib. Onun sözlərinə görə, avtomobillər Rusiya və Özbəkistana ixrac edilib. Hazırda ixrac imkanlarının genişləndirilməsi məqsədilə danışıqlar aparılır.
“Azərmaş CP” MMC fəaliyyətə başladığı gündən “Nexia”, “Spark”, “Cobalt”, “Lacetti”, “Onix”, “Captiva”, “Tracker”, “Malibu”, “Equinox”, “Traverse”, “Tahoe” minik avtomobilləri ilə yanaşı, həm də yüngül kommersiya avtomobilləri olan “Damas” modeli üzrə avtomobillər istehsal edir. 2023-cü il ərzində Hacıqabul Avtomobil Zavodunda “Chevrolet” markalı “Damas”, “Nexia”, “Spark”, “Cobalt”, “Lacetti”, “Onix”, “Captiva”, “Tracker”, “Malibu”, “Equinox”, “Traverse”, “Tahoe” modelləri üzrə 3037 ədəd avtomobil istehsal olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay