Yanvarda tomatın tonunu xaricə 232 dollar baha satmışıq
Cari ilin yanvar ayında Azərbaycandan xaricə 11 min 849 ton tomat satılıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 16 milyon 599 min ABŞ dolları olub. Bu rəqəm ötən ilin ilk ayı ilə müqayisədə miqdar ifadəsi ilə 2 min 824 ton (31.2%), dəyər ifadəsi ilə 6 milyon 55 min ABŞ dolları (57.4%) çoxdur. 2023-cü ilin yanvar ayında bu rəqəm 9 min 25 ton miqdarında, 10 milyon 544 min ABŞ dolları dəyərində olub.
Ötən il xaricə satdığımız tomatın bir tonu üçün qiyməti 1 min 400 ABŞ dolları olub ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 232 ABŞ dolları, yaxud da 19.8 faiz çoxdur. 2023-cü ilin eyni dövründə bu rəqəm 1 min 168 ABŞ dolları olub.
Qeyd edək ki, yanvar ayında ixrac olunan tomat yanvar ayının ümumi ixracının 0.90 faizini, qeyri-neft sektoru üzrə ixracın isə 7.48 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay