İranın mənzil və tikinti sektorunda verilən kreditlər açıqlanıb
Cari İran ilinin 11 ayı (21 mart 2023 -19 fevral 2024) ərzində İran bankları tərəfindən mənzil və tikinti sektorunda 2,19 kvadrilyon rial (təxminən 52,2 milyard dollar)dəyərində kredit verilib.
Valyuta.az Trend-ə istinadən xəbər verir ki, bu, İranın Mərkəzi Bankının statistikasında öz əksini tapıb.
Statistikaya əsasən, qeyd olunan müddətdə mənzil və tikinti sahəsində inşa işləri üçün təxminən 1,28 kvadrilyon rial (təxminən 30,4 milyard dollar) dəyərində kredit verilib.
Statistikada bildirilir ki, 11 ayda İran bankları mənzil və tikinti sektorunda dövriyyə kapitalı olaraq təxminən 774 trilyon rial (təxminən 18,4 milyard dollar) dəyərində kredit veriblər.
Statistikada qeyd olunur ki, qeyd olunan dövrdə mənzil və tikinti sektorunda inkişaf etdirmə işləri ilə əlaqədar 76,4 trilyon rial (təxminən 1,82 milyard dollar), mənzil və tikinti sektorunda mənzil satın alınması ilə əlaqədar təxminən 46,8 trilyon rial (təxminən 1,11 milyard dollar) kredit verilib.
Statistikada əlavə olunur ki, 11 ayda İran bankları şəxsi vasitələrin satın alınması ilə əlaqədar 13,3 trilyon rial (təxminən 316 milyon dollar), mənzil və tikinti sektorunda təmir işləri ilə əlaqədar 2,36 trilyon rial (təxminən 56,3 milyon dollar), özünüməşğulluq üzrə 1,73 trilyon rial (təxminən 41,3 milyon dollar) dəyərində kredit veriblər.
Qeyd edək ki, cari İran ilinin 11 ayı ərzində İran bankları təxminən 38,9 kvadrilyon rial (təxminən 925 milyard dollar) dəyərində kredit veriblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay