Statistika
10.03.2024 / 10:40
Masallıda noxud sahələri iki dəfə artdı
43995
Valyuta.az Report-un Muğan bürosuna istinadən xəbər verir ki, noxud bitkisi rayonun bir neçə kəndində əkilir.
Fermerlərin sözlərinə görə, noxud məhsulu yaxşı satıldığı üçün bu bitkinin əkininə üstünlük verirlər.
Onların bildirdiyinə görə, əsasən Pakistandan gətirilən noxud toxumu əkilir. Çünki bu toxumlar yüksək məhsuldarlığa malikdir. Həmçinin xəstəlik və zərərvericilərə qarşı dözümlüdür.
Qeyd edək ki, ötən il Masallı rayonunda 259 hektar sahədə noxud yetişdirilib. Bu il isə 400 hektarda noxud səpini planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay