Yanvarda qeyri-neft mәhsulu satdığımız əsas ölkәlәr – TOP 5
Cari ilin yanvar ayı ərzində Azərbaycan Rusiyaya 75 milyon 581 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 496 min ABŞ dolları (11%) çoxdur.
Türkiyəyə 47 milyon 548 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları satılıb ki, bu da 2023-cü ilin ilk ayı ilə müqayisədə 59 milyon 146 min ABŞ dolları (55.4%) azdır.
Azərbaycandan Gürcüstana ixrac edilən qeyri-neft məhsulları yanvar ayı ərzində 25 milyon 79 min ABŞ dolları dəyərində olub. Bu, ötən ilin ilk ayı ilə müqayisədə 601 min ABŞ dolları (2.4%) çoxdur.
Yanvar ayı üzrə qeyri-neft məhsullarının ixracında dördüncü yeri Belçika tutub. Belə ki, 2024-cü ilin ilk ayında Azərbaycan Belçikaya 6 milyon 535 min ABŞ dolları dəyərinə qeyri-neft məhsulları ixrac edib.
Ukraynaya satılan qeyri-neft məhsulları 6 milyon 316 min ABŞ dollar dəyərində olub ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 6 milyon 777 min ABŞ dolları (51.7%) azdır.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay