“AzSığorta”nın sığorta ödənişləri 87%-dən çox azalıb
“AzSığorta” 2024-cü ilin yanvarında 98 min manat sığorta ödənişi edib.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvarı ilə müqayisədə 87,4% azdır. Belə ki, 2023-cü ilin yanvarında şirkətin ödədiyi sığorta ödənişlərinin məbləği 782 min manat olub.
“AzSığorta” ASC bu ilin yanvarında 682 min manat sığorta haqqı toplayıb, bu, illik müqayisədə 2,9% çoxdur. Şirkət 2023-cü ilin yanvarında 668 min manat sığorta haqqı toplayıb.
Xatırladaq ki, şirkət 2023-cü ildə 8 milyon 473 min manat siğorta haqqı toplayıb, bu illik müqayisədə 23,5% azdır, şirkət 7 milyon 330 min manat sığorta ödənişi edib, bu, illik müqayisədə 22,3% çoxdur.
Qeyd edək ki, “AzSığorta” ASC 2006 ildən Azərbaycan sığorta bazarında fəaliyyət göstərir.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay