Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb
Cari ilin yanvar ayı ərzində Azərbaycan ilə Türkiyə arasında olan ticarət dövriyyəsinin dəyəri 475 milyon 522 min ABŞ dolları olub.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm beş il əvvəlki dövr ilə müqayisədə 255 milyon 493 min ABŞ dolları, yaxud da iki dəfədən çox artıqdır. 2019-cu ilin ilk ayı bu 220 milyon 29 min ABŞ dolları olub.=
Yanvar ayında ticarət dövriyyəsinin 305 milyon 38 min ABŞ dolları ixracın, 189 milyon 208 min ABŞ dollar isə idxalın payına düşüb ki, bu da 2019-cu ilin ilk ayı ilə müqayisədə müvafiq olaraq 177 milyon 320 min ABŞ dolları (2.4 dəfə) və 96 milyon 898 min ABŞ dolları (2.04 dəfə) çoxdur. 5 il öncə bu rəqəmlər ixracda 127 milyon 718 min ABŞ dolları, idxalda isə 92 milyon 310 min ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında olan ticarət dövriyyəsi yanvar ayının ümumi dövriyyəsinin 15.92 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay