Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin həcmi 40%-ə yaxın azalıb
Azərbaycanla Avropa İttifaqı ölkələri arasında 2024-cü ilin yanvarında ticarət dövriyyəsinin dəyəri 905 milyon 931 min ABŞ dolları olub.
Valyuta.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu, 2023-ci ilin yanvar ayı ilə müqayisədə 36,1% azdır.
Azərbaycan ticarət əməliyyatlarını əsasən İtaliya, Portuqaliya, Almaniya, Bolqarıstan, Yunanıstan ilə aparıb.
Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ilin yanvarında 499 milyon 636 min ABŞ dolları dəyərində olub. Bu, 2023-ci ilin yanvar ayı ilə müqayisədə 23,4% azdır. 2024-cü ilin yanvarında İtaliyaya ixrac 470 milyon 701 min ABŞ dolları dəyərində olub. Bu, 2023-ci ilin yanvarı ilə müqayisədə 22% azdır. Azərbaycanın İtaliyadan idxalı 28 milyon 935 min ABŞ dolları dəyərində olub, bu, 2023-ci ilin yanvarı ilə müqayisədə 39,4% azdır.
Azərbaycanla Portuqaliya arasında bu ilin yanvarında ticarət dövriyyəsinin həcmi 89 milyon 416 min ABŞ dolları dəyərində olub. Bu, 2023-ci ilin yanvarı ilə müqayisədə 91,2 dəfə çoxdur. Portuqaliyaya ixrac 87 milyon 859 min ABŞ dolları dəyərində olub. Qeyd edək ki, 2023-cü ilin yanvarında Portuqaliyaya ixrac olmayıb.
Portuqaliyadan idxalın dəyəri 1 milyon 557 min ABŞ dollar dəyərində olub. Bu, 2023-cü ilin yanvarı ilə müqayisədə 1,5 dəfə çoxdur.
Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsinin həcmi 60 milyon 9 min ABŞ dolları dəyərində olub. Bu, 2023-ci illə müqayisədə 2,6 dəfə azdır. Belə ki, Almaniyaya ixrac 2 milyon 466 min ABŞ dolları dəyərində olub. Bu, 2023-cü illə müqayisədə 97,4% azdır. Azərbaycanın Almaniyadan idxalı isə 57 milyon 543 min ABŞ dolları dəyərində olub. Bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 12,3% azdır.
Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsinin həcmi 61 milyon 654 min ABŞ dolları dəyərində olub. Bu, 2023-cü ilin yanvarı ilə müqayisədə 14,6 dəfə çoxdur. Bolqarıstana ixrac 2023-cü ilin yanvarı ilə müqayisədə 33,9 dəfə artaraq 58 milyon 677 milyon ABŞ dolları dəyərində olub. Bolqarıstandan idxal ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,8 % çoxdur.
Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi 48 milyon 323 min ABŞ dolları dəyərində olub, bu, 2023-cü il illə müqayisədə 12,9% azdır. Azərbaycanın Yunanıstana ixracının həcmi 43 milyon 773 min ABŞ dolları dəyərində olub, bu, 2023-cü ilin yanvarı ilə müqayisədə 18,7% çoxdur. Yunanıstandan Azərbaycana idxalın həcmi 2023-cü ilin yanvarı ilə müqayisədə 2,7 dəfə artaraq 4 milyon 550 min ABŞ dolları dəyərində olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay