Statistika
24.02.2024 / 11:18
Mebel idxalına çəkilən xərclər artıb
42991
Bu ilin yanvar ayında Azərbaycan 10 milyon 186,47 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.
Valyuta.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 1 milyon 091,25 min ABŞ dolları və yaxud 12 % çoxdur.
Mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,89 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay