Statistika
21.02.2024 / 11:01
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 238 milyon ABŞ dolları artıb
42736
Ötən ay Azərbaycanın xarici ölkələr ilə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm 2023-cü ilin eyni ayı ilə müqayisədə 9.2%, yaxud da 303 milyon ABŞ dolları azdır. Xarici ticarət dövriyyəsinin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 1.7% və 19.1% azdır.
Nəticə etibarı ilə xarici ticarətdə 702 milyon ABŞ dolları dəyərində müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 51.2% və ya 238 milyon ABŞ dolları çoxdur.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay