Xaricə satdığımız gübrənin qiymətində 50 faizdən çox ucuzlaşma
Bu ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 63 min 683 ton azot gübrəsi ixrac olunub.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 10 milyon 356 ABŞ dolları olub. Bu rəqəm ötən ilin eyni ayı ilə müqayisədə miqdar ifadəsi ilə 36 min 161 ton (1.3 dəfə), dəyər ifadəsi ilə 992 min ABŞ dolları (10.6%) çoxdur. 2023-cü ilin yanvar ayında bu rəqəm 27 min 522 ton miqdarında 9 milyon 364 min ABŞ dolları dəyərində olub.
Yanvar ayında xaricə satılan azot gübrəsinin bir tonu üçün qiymət 162 ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 178 ABŞ dolları ucuzdur. 2023-cü ilin eyni ayında bu rəqəm 340 ABŞ dolları olub.
Yanvar ayında ixrac olunan azot gübrəsi yanvar ayının ümumi ixracının 0.56 faizni, qeyri-neft sektoru üzrə ixracın 4.66 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay