BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8352
  • 1 Rusiya rublu
    0.019
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1581
42662

Azərbaycanda özəl internet xidməti bazarının yaranması 2000-ci illərin əvvəlinə təsadüf edir. Belə ki, 2000-ci ildən etibarən ölkənin informasiya texnologiyaları bazarının ilk şirkətləri internet xidməti təklif etməyə başlayır. İnternetə artan tələbat nəticəsində davamlı olaraq yeni internet provayderləri bazara daxil olur və genişzolaqlı internet xidmətləri – əvvəlcə DialUp, daha sonra isə öz dövrünün ən yeni texnologiyası olan asimmetrik rəqəmsal abunəçi xətti (ADSL) vasitəsilə internet xidməti təklif edirlər.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) verilən məlumata görə, hazırda ölkədə internet xidmətinin göstərilməsi lisenziya tələb etməyən xidmət sahəsidir. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmalı, qanunvericiliyin tələblərinə uyğun olaraq öhdəlik və tələbləri icra etməli, hesabatlı olmalıdırlar.

İKTA-nın təqdim etdiyi yeni elektron xidmətlər

İnternet xidməti bazarı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) tənzimləmə və nəzarət fəaliyyətinin mühüm tərkib hissələrindən biridir. İKTA tərəfindən internet bazarında fəaliyyət göstərən operator və provayderlərin qeydiyyatının aparılması üçün “Uçota alma” və onlardan xidmətin bir sıra əsas meyarları üzrə statistik göstəricilərin toplanmasını təmin edən “Məlumatların toplanması sistemi (DCS)” adlı 2 elektron xidmət 2023-cü ildə istifadəyə verilib. İl ərzində internet xidməti göstərən 146 operator və provayder (host provayderlər bu saya daxil deyil) qeydiyyatdan keçib və qeyd olunan sistem üzərindən məlumatları İKTA-nın “data anbarı”na yükləməyə başlayıb.

Məlumatların sistemləşdirilmiş qaydada elektron şəkildə toplanması onların ümumiləşdirilməsini asanlaşdırdığı kimi, bu məlumatlardan istifadə edərək müqayisəli təhlillər aparmağa, internet bazarında mövcud trendləri izləməyə və tendensiyaları çevik aşkarlamağa imkan verir.

Əhalinin genişzolaqlı internetə çıxış imkanının artırılması

Son 1 ildə sabit genişzolaqlı internet abunəçilərinin sayı təxminən 28% artaraq 1,85 milyona çatıb. Abunəçilərin təxminən 64%-nə və ya 1,2 milyonuna sabit genişzolaqlı xidmətlər fiber-optik kabellər vasitəsilə təqdim edilir ki, bu da son illərin ən yaxşı göstəricisidir.

Bundan əlavə, Bakı şəhərində və regionlarda GPON texnologiyası ilə yanaşı, vətəndaşlara simsiz yüksəksürətli internetin verilməsini təmin edən LTE və “Wi-Fi” texnologiyası vasitəsilə də müasir telekommunikasiya xidmətləri göstərilir.

Sürət meyarına görə yanaşdıqda ən çox abunəçi 30 Mbit/s – 50 Mbit/s intervalına daxildir ki, bu da ümumi abunəçi bazasının təxminən 50,0%-ni təşkil edir. Ölkəmizdə fiber-optik infrastrukturun əhatə dairəsi genişləndikcə, daha aşağı sürətlə internetə qoşulan abunəçilər daha sürətli internet paketlərinə miqrasiya olunur ki, bu da yekunda yüksəksürətli internetdən istifadə edən abunəçilərin sayını gündən-günə artırır. İkinci ən çox alınan internet sürəti 2 Mbit/s – 10Mbit/s aralığına düşür ki, bu da ümumi abunəçilərin 20,0%-ni təşkil edir. 2Mbit/s-ə qədər olan sürət abunəçiləri 11,0% təşkil edir. Yerdə qalan 19,0% abunəçi isə digər sürət intervallarında xidmət əldə edənlərdir. Sürət prizmasından yanaşdıqda aşağısürətli sabit genişzolaqlı internet (2 Mbit/s-ə qədər) abunəçilərinin müqayisədə nisbətən yüksək paya sahib olması internet bazarının inkişafında maneə kimi görünür. Tətbiq olunan əksər texnologiyaların dəfələrlə daha artıq sürət vermək imkanının olmasına baxmayaraq, təqribən 11% əhalinin bu internet bazarların yaranma mərhələsində təqdim olunan “miras” sürət intervalında “ilişib qalması” hələ də internet xidməti bazarının optimal səviyyəyə çatmasına maneçilik törədir.
Dünya üzrə internet sürətinin ölçülməsi ilə məşğul olan, bu sahədə ixtisaslaşmış “Ookla Speedtest” tədqiqat mərkəzinin sıralamasında Azərbaycanda olan sabit genişzolaqlı internetin orta sürəti 2024-cü ilin yanvar ayı üzrə 35,2 Mbit/s göstərilib. Bu, eyni mənbənin ötən ilin yanvar ayı üzrə göstəricisi ilə müqayisədə təxminən 9,0 Mbit/s artım deməkdir. Qeyd edilməlidir ki, “Ookla Speedtest” və digər bu kimi təşkilatların dərc etdiyi göstəricilər orta sürətin aşağı sərhədi kimi dəyərləndirilə bilər. Bu rəqəmlər ümumi infrastrukturu xarakterizə edən orta sürət və onun dinamikası haqqında dəyərli informasiyanı təqdim etsə də, internet infrastrukturunun, ondan istifadənin gələcək meyillərini dəyərləndirmədə əvəzsiz mənbə kimi çıxış etsə də, qeyd edilən bu rəqəmlər real istifadəni əks etdirmir. Bu, iki səbəblə bağlıdır. Birincisi, “Ookla” və digər bu kimi təşkilatların əsaslandığı “snapshot” metodu siqnal müdaxilələri, routerin və ya cihazın imkanları səbəbi ilə aşağı nəticələr verə bilər və bu səbəbdən də xətlərdə sürətləri fiziki cihazlar istifadə edərək test aparan birinci əl ölçmələrin nəticələrindən və ya yerli bazarların qiymətləndirmələrindən fərqli ola bilərlər; ikincisi, sürət test datası neqativ “bias”a (real olduğundan aşağı) meyilli olur, çünki insanlar daha çox problem olanda və ya istədikləri sürəti almayanda test servisinə müraciət edirlər.

Telekommunikasiya xidmətləri və onların yayılma səviyyəsi

İnternet xidməti göstərən operator və provayderlərdən toplanmış məlumatların təhlilinə əsasən, bazarın təxminən 85%-nə 10 operator və provayder nəzarət edir ki, bu da həm region, həm də Avropa ölkələri arasında yuxarı göstəricidir. Həmin ölkələrdə internet bazarının 80-90%-nə, adətən, 3-4 operator və provayder nəzarət edir.

DCS-in əhatə etdiyi sahələrdən biri də “Kabel” və İP TV ilə əlaqədar bazarın mənzərəsidir. “Kabel” və İP TV bazarında ümumilikdə 35 xidmət təchizatçısı iştirak edir və TV abunəçilərinin sayı 186,9 min nəfərdir və onlardan 165,3 mini “Kabel” TV, 21,5 mini isə İP TV abunəçisidir. Bu sahədə 30-dan artıq təchizatçı olmasına baxmayaraq, ən çox abunəçiyə malik 10 təchizatçı ümumi abunəçi bazasının 96,1%-ni əhatə edib.

Qeydiyyatdan keçmiş 144 internet servis provayderindən (İSP) artıq 131-i aktiv fəaliyyət göstərir. Ən çox İSP olan yaşayış məntəqələri üzrə Bakı şəhərində – 107, Sumqayıt şəhərində – 31 və Xırdalan şəhərində isə 30 İSP fəaliyyət göstərir. Bu da ölkə üzrə İSP-lərin paylanmasında asimmetrikliyin olduğunu göstərir. İSP-lərin daha çox əhalinin sıx olduğu bölgələrə meyilli olması anlaşılandır.

İSP-lər tərəfindən ən çox təqdim olunan xidmət GPON (97 İSP tərəfindən), ETTH (70 İSP tərəfindən) və EPON (54 İSP tərəfindən) xidmətləridir. ADSL isə yalnız 18 İSP tərəfindən təqdim edilir və ən çox təqdim edilən xidmətlər arasında yalnız 8-cidir. ADSL xidməti təklif edən İSP-lərdən 6-sı, eyni zamanda VDSL xidməti təqdim edə bilir.

Qeyd olunanları ümumiləşdirsək, aydın olur ki, internet xidmət bazarında çoxsaylı İSP-lərin iştirak etməsi, İSP-lərin ölkə üzrə paylanmasında müəyyən qədər təmərküzləşmə olsa da, regionlarda alternativ İSP-lərin fəaliyyət göstərməsi məmnunedici haldır. İnternetin infrastrukturunun modernləşdirilməsinin tamamlanması yüksək sürətlərə olan tələbatı ödəməyə texniki imkan yaradacaq. Ehtimal etmək olar ki, yaxın gələcəkdə də fiber abunəçilərinin artımı, xüsusilə mövcud xDSL abunəçilərinin azalmasına paralel olaraq müşahidə olunacaq. Eyni zamanda yüksək sürət təmin edən texnologiyaların yayılması daha yüksək sürət aralığında olan abunəçilərin xüsusi çəkisinin artmasına müsbət təsir göstərəcək.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 2 %-dən çox artırıb

Ağdam Sənaye Parkında bu il 5-dən çox müəssisə fəaliyyətə başlayacaq

Azərbaycanda 7 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi bərpa edilib

Bakıda I sinfə qəbulla bağlı 30 mindən çox sorğu yerləşdirilib

TikTok canlı yayımlardan pul qazanmaq üçün yeni qaydalar təqdim etdi

Azərbaycanda beş ayda valyuta hərraclarında 3 mlrd. dollar satılıb

Dünən açılmalı idi, hələ də bağlıdır...

Azərbaycan Milli Xalça Muzeyinə direktor təyin olunub

Azərbaycan Milli Xalça Muzeyinə direktor təyin olunub

İstedadlı insan zəhmətkeş deyilsə… - Uğurumuza təsir edən 3 əsas komponent

"Mingəçevir Nərgiz Klinikasi" 15 min cərimələnə bilər – 15 min də borcu var

Zəngəzura 73 milyon ayrıldı: ikinci faza start götürür

Bakı Enerji Həftəsində 300 şirkət iştirak edəcək

Şirkətlər 500 milyon manatdan çox vəsaitlərini "Yelo Bank" dan geri çəkiblər

Axşam vaxtlarında dolmadan hərəkət etməyən marşrut avtobusları – Qrafik necə tənzimlənir?

"Tesla" çətin günlər yaşayır  - Maskın şirkətində nə baş verir?

NİİM sürücülərə müraciət edib

Uğurlu lider olduğunuzu göstərən 6 əlamət

Azərbaycanda daha üç şirkət ləğv edilib

Qəbul imtahanı verəcək abituriyentlərin sayı açıqlandı

Yeni mərkəzin tabeliyində hansı xəstəxanalar var?

Qurban bayramı gəlməmiş qiymətlər artdı - Heyvan bazarındakı son durum

Sabah bu prospektdə hərəkət məhdudlaşdırılacaq

İyunun 2-də 36 minə yaxın abituriyent qəbul imtahanı verəcək

İşçi xəbərdarlıq olunmadan işdən çıxarıla bilər?

14 bank qiymətli kağızlara investisiyanı azaldıb – SİYAHI

Sabah geomaqnit qasırğası gözlənilir - Proqnoz

“Kanadanın ixraca dəstək modelini Azərbaycanda qurmaq mümkündür”

Türkiyə ilk 4 ayda 12 milyondan çox turist qəbul edib

Ət, süd və yumurta istehsalı artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin