Statistika
16.02.2024 / 16:25
Azərbaycan xaricə meyvə-tərəvəz satışını 20 faizdən çox artırıb
42451
Bu ilin yanvar ayında Azərbaycandan 49 min 606 ton meyvə-tərəvəz ixrac olunub.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə məhsuldan 54 milyon 611 min ABŞ dolları dəyərində gəlir əldə olunub. Bu rəqəm ötən ilin müvafiq ayı ilə müqayisədə miqdar ifadəsi ilə 8 min 642 ton (21%), dəyər ifadəsi ilə 9 milyon 561 min ABŞ dolları (21.2%) artıb.
Ötən ili yanvar ayında bu rəqəm 40 min 964 ton miqdarında 45 milyon 50 min ABŞ dolları dəyərində olub.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay