Statistika
18.02.2024 / 08:57
Xaricə satdığımız çayın qiyməti 30 faiz bahalaşıb
42437
Ötən il Azərbaycandan xaricə 731 ton çay satılıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 6 milyon 605 min ABŞ dolları olub. Bu da 2018-ci illə müqayisədə miqdar ifadəsi ilə 636 ton (46.5%), dəyər ifadəsi ilə 2 milyon 768 min ABŞ dolları (29.5%) azdır. 2018-ci ildə bu rəqəm 1 min 367 ton miqdarında 9 milyon 373 min ABŞ dolları dəyərində olub.
Ötən il xaricə satdığımız çayın bir tonunun qiyməti 9 min 35 ton olub ki, bu da 2018-ci illə müqayisədə 2 min 178 ABŞ dolları (31.7%) çoxdur. 2018-ci ildə bu rəqəm 6 min 857 ABŞ dolları təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay