Statistika
18.02.2024 / 19:00
Son beş ildə xaricdən aldığımız çayın qiyməti kəskin artıb
42390
2023-cü ildə xaricdən Azərbaycana 13 min 675 ton çay gətirilib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 70 milyon 556 min ABŞ dolları təşkil edib. 2018-ci il ilə müqayisədə bu rəqəm miqdar ifadəsi ilə 718 ton (5.5%), dəyər ifadəsi ilə 20 milyon 749 min ABŞ dolları (41.6%) çoxdur. 2018-ci ildə bu 12 min 957 ton miqdarında, 49 milyon 807 min ABŞ dolları dəyərində olub.
2023-cü ildə xaricdən aldığımız çayın bir tonu üçün 5 min 159 ABŞ dolları ödənilib ki, bu da 2018-ci illə müqayisədə 1 min 315 ABŞ dolları (34.2%) çoxdur. 2018-ci ildə bu rəqəm 3 min 844 ABŞ dolları olub.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay