Statistika
14.02.2024 / 13:40
Xaricə satdığımız neft koksunun qiyməti 145 ABŞ dolları ucuzlaşıb
42258
Ötən il Azərbaycan 232 min 111 ton neft koksu ixrac edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbəbr verir ki, bu miqdarda məhsulun dəyəri 58 milyon 81 min ABŞ dolları olub.
Bu rəqəm əvvəlki illə müqayisədə miqdar ifadəsi ilə 62 min 761 ton (37%) çox, dəyər ifadəsi ilə 8 milyon 911 min ABŞ dolları(13.3%) azdır. 2022-ci ildə bu rəqəm 169 min 350 ton miqdarında, 66 milyon 992 min ABŞ dolları dəyərində olub.
Ötən il xaricə satılan neft koksunun bir tonu üçün 250 ABŞ dolları olub ki, bu da əvvəlki illə müqayisədə 145 ABŞ dolları, yaxud da 36.7% azdır. 2022-ci ildə bu rəqəm 395 dollar olub.
Qeyd edək ki, 2023-cü ildə ixrac olunan neft koksu ümumi ixracın 0.17 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay