Statistika
07.02.2024 / 11:09
Xaricdən düyünü daha baha qiymətə almışıq
41856
2023-cü ildə Azərbaycana 54 min 591 ton düyü idxal olunub.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 50 milyon 85 min ABŞ dollar olub. Bu rəqəm 2022-ci illə müqayisədə miqdar ifadəsi ilə 4 min 355 ton (8.7%), dəyər ifadəsi ilə 7 milyon 535 min ABŞ dollar (17.7%) çoxdur.
Bu, 2022-ci ildə 50 min 236 ton miqdarında, 42 milyon 550 min ABŞ dolları dəyərində olub.
Keçən il ölkəyə gətirilən düyünün bir tonu üçün 917 ABŞ dollar ödənilib ki, bu da əvvəlki illə müqayisədə 8.2%, yaxud da 70 ABŞ dollar artıqdır. 2022-ci ildə bu rəqəm 847 ABŞ dollar olub.
Qeyd edək ki, ötən il idxal olunan düyü ümumi idxalın 0.29 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay