Bu məhsulun satışından gəlirimiz 8 milyon dollara yaxın artıb
Ötən il Azərbaycan 150 min 60 ton ilkin formada polietilen ixrac edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 155 milyon 436 min ABŞ dolları olub. Bu, əvvəlki illə müqayisədə miqdar ifadəsi ilə 29 min 782 ton (24.7%), dəyər ifadəsi ilə 7 milyon 908 min ABŞ dollar (5.3%) çoxdur. Əvvəlki il bu rəqəm 120 min 278 ton miqdarında, 147 milyon 527 min ABŞ dolları dəyərində olub.
2023-cü ildə politenin ixracından gələn gəlir bir ton üçün bir min 35 ABŞ dolları olub ki, bu da əvvəlki illə müqayisədə 191 ABŞ dollar (15.5%) azdır. 2022-ci ildə bu, bir min 226 ABŞ dolları olub.
Qeyd edək ki, ötən il ilkin formada polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4.64 %, ilkin formalarda polietilenin ölkənin ümumi ixracdakı payı 0.46 % olub.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay