Statistika
05.02.2024 / 10:46
Xaricdən geyim əşyalarının gətirilməsində 124 milyon dollarlıq artım
41715
Ötən il ölkəmizə 415 milyon 21 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar gətirilib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki illə müqayisədə 124 milyon 371 min ABŞ dolları, yaxud da 42.7% çoxdur.
2022-ci ildə bu rəqəm 290 milyon 650 min ABŞ dolları olub.
Qeyd edək ki, 2023-cü ildə ölkəyə gətirilən geyim əşyaları və geyim üçün ləvazimatlar ümumi idxalın 2.4 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay