Statistika
01.02.2024 / 15:45
Ölkəyə gətirilən meyvə-tərəvəz bahalaşıb
41544
Ötən il ölkəmizə 352 min 882 ton meyvə-tərəvəz gətirilib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 229 milyon 914 min ABŞ dolları olub.
Bu rəqəm əvvəlki illə müqayisədə miqdar ifadəsi ilə 25 min 216 ton(6.6%), dəyər ifadəsi ilə 6 milyon 73 min ABŞ dolları (2.5%) azdır. 2022-ci ildə bu rəqəm 378 min 98 ton miqdarında, 235 milyon 987 min ABŞ dolları dəyərində olub.
Keçən il ölkəyə gətirilən meyvə-tərəvəzin bir tonu üçün 651 ABŞ dolları olub ki, bu da, əvvəlki illə müqayisədə 27 ABŞ dollar (4%) çoxdur. 2022-ci ildə bu 624 ABŞ dolları olub.
Qeyd edək ki, ötən il ölkəyə gətirilən meyvə-tərəvəz, ümumi idxalın 1.33 fazini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay